Orta qulağın müayinəsi
Orta qulağın müayinəsi - təbil boşluğu, qulaq sümükcükləri, əzələlər və Yevstax borusu normal eşitmə fəaliyyətində mühür rol oynayır. Orta qulağın bu hissələrinin patalogiyasını aşkar etmək üçün müasir dövrdə akustik impedansometriya tətbiq edilir. Akustik impedansometriya 2 yerə bölünür: timpanometriya və akustik refleksometriya.
Bu müayinə üsulları həyata keçirmək üçün mərkəzimizdə AZ-26 adlı klinik impedansometr cihazından istifadə olunur. Həm "manual", həm də "avtomat" rejimdə işləyən impedansometr orta qulağın fəaliyyəti haqqında tam məlumat vermək imkanına malikdir.
EŞİTMƏ PROBLEMİ OLAN HƏR KƏSİ FONUS EŞİTMƏ MƏRKƏZİNƏ DƏVƏT EDİRİK